Erməni deputat: "Paşinyan siyasi meyitdir"

Erməni deputat: "Paşinyan siyasi meyitdir"
30 May 2025 13:10

Xəbər verdiyimiz kimi Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi erməni cəmiyyətində ciddi narazılığa səbəb olub. Paşinyan kilsələrin sadəcə “tüstü çıxan bacalara” çevrildiyini deyib. O bir qədər də irəli gedərək keşişləri dini ibadət yerlərini murdarlamaqda günahlandırıb. Bundan başqa erməni din xadimləri əyyaşlıqda suçlanıb. Artıq iki gündür ki, din xadimləri və radikal müxalifət bu açıqlamalara görə ölkə rəhbərini təhqir edirlər.

Məsələn, Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının üzvü deputat Hayk Mamicanyan bu gün Milli Assambleyada keçirdiyi brifinqdə deyib: "Nikol Paşinyan siyasi meyitdir. Meyitlər vaxtında yerdən götürülməyəndə üfunət qoxusu yayırlar. Bu bizim günahımızdır ki, biz bu siyasi meyiti hələ götürməmişik”.  Mamicanyan vurğulayıb ki, Paşinyanın məlum fikirlərini ilk növbədə onun hakimiyyətdə qalması üçün əlindən gələni edən bütün insanlar oxumalıdır. 

"Onlar bunu oxumalı və öz içlərindəki suala cavab verməlidirlər: onlar bu yola getməyə hazırdırlarmı?",- Mamicanyan qeyd edib. O həmçinin əlavə edib ki, Erməni Apostol Kilsəsi min Nikol görüb və görəcək də: "Erməni Apostol Kilsəsi onun işi deyil".


Tural


Sizin reklam burada
Sizin reklam burada