Əməkdar artist canlı yayımda AĞLADI - VİDEO

Əməkdar artist canlı yayımda AĞLADI - VİDEO
14:56

Əməkdar artist Rəşad İlyasov canlı yayım zamanı kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, müğənni efirə qonaq olduğu verilişdə ifa etdiyi musiqi alətini tamaşaçılara daha yaxşı tanıtmaq və sevdirmək istədiyini bildirib. O, bu istiqamətdə gördüyü və görmək istədiyi işlərdən danışarkən emosional anlar yaşayıb və gözləri dolub.

Rəşad İlyasov həyata keçirmək istədiyi layihələrdən də söz açaraq milli musiqi mədəniyyətinin təbliğinin vacibliyini vurğulayıb.

Canlı yayımda yaşanan bu anlar sosial şəbəkələrdə də diqqət çəkib və izləyicilər tərəfindən səmimi qarşılanıb.




Sizin reklam burada
Sizin reklam burada