Əmək pensiyalarının minimum məbləği artırıldı

Əmək pensiyalarının minimum məbləği artırıldı
03 Fev 2025 15:56
Fevralın 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması ilə əlaqədar "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

News365.az xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi "Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

undan əvvəl əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib. 

Sizin reklam burada
Sizin reklam burada