“Öz xahişimlə başqa işə keçmək istəyim doğrudur”.
News365.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yenizaman.az-a bildirib.
“Öz xahişimlə başqa işə keçmək istəyim doğrudur. Bu barədə Mədəniyyət naziri Adil Kərimliyə müraciət etmişdim və o da xahişimi nəzərə aldı. Mən də çox razıyam”, – deyə Lalayev bildirib.
Əliqismət Lalayev yeni direktor Aqil Bəhramlı barədə müsbət fikirlər səsləndirib:
“Aqil müəllimi uzun illərdir tanıyıram. Bacarıqlı və işgüzar insandır. Onun rəhbərlik etdiyi Gəncə Teatrı beynəlxalq səviyyədə tanınır. Əminəm ki, Musiqili Teatrda da uğurlar əldə edəcək”.
Yeni iş yeri ilə bağlı konkret məlumat verməyən Əliqismət Lalayev yalnız “Hər şey yaxşılığa doğrudur” deməklə kifayətlənib.