Elektromobillər günümüzün reallığıdır. Təsadüfi
deyil ki, hər kəs bu avtomobillərdən əldə etməyə çalışır. Bax, buna görədir ki,
ölkəmizə idxal edilən elektromobillərin sayı ilbəil kəskin artır. Məsələn,
2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib..
Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə
88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd,
2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil
edib.
Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1 792 elektrik mühərrikli
nəqliyyat vasitəsi gətirilib. Bununla belə, hələki ölkəmizdə olan 2 milyondan
artıq ancaq 2 faizə yaxını elektriklə işləyir. Bu heç də qaneedici hesab oluna
bilməz.
Mövzu ilə
bağlı News365.az–a danışan
Millət vəkili Vüqar Bayramov deyib
ki, Milli Məclisin ötən
gün keçirilən plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün
enerji doldurucularının idxalı və satışının daha 2 il müddətində ƏDV-dən azad
olunması ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul olundu:
“Qeyd edək
ki, bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatırdı. Yeni dəyişikliklərə əsasən,
2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər
vergisindən azadolması nəzərdə tutulur.
Yeni dəyişikliyin
elektrik avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının
artmasına səbəb olacağı gözlənilir. Belə ki, hazırda elektrik avtomobillərinin
sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən,
yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və
satışına marağı daha artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına
baxmayaraq elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması
müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən
elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu
seqmetində canlanmaya səbəb ola bilər”.
News365.az