Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir

Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir
12:16

Şotlandiya parlamenti Böyük Britaniyada müstəqilliklə bağlı referendum keçirilməsi ideyasını dəstəkləyib.

News365.az bildirir ki,  bu barədə Şotlandiya hökumətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanan bəyanatda bildirilib.

Qeyd olunur ki, Şotlandiyanın birinci naziri Con Svinni hələ aprelin 27-də yerli seçkilərdən dərhal sonra bu məsələnin səsverməyə çıxarılması niyyətini açıqlayıb.

Medianın məlumatına görə, müstəqillik referendumu keçirilməsinin lehinə 72 deputat səs verib, 55 deputat əleyhinə çıxıb, daha iki nəfər isə bitərəf qalıb. Bununla yanaşı, Svinni 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun olaraq Şotlandiya parlamentinə müstəqillik referendumu təşkil etmək səlahiyyəti verəcək fərmanın imzalanmasını tələb edir.


Sizin reklam burada
Sizin reklam burada