Əfsanəvi gürcü güləşçi və keçmiş deputat SAXLANILDI

Əfsanəvi gürcü güləşçi və keçmiş deputat SAXLANILDI
19:42

Gürcüstan parlamentinin sabiq deputatı, tanınmış veteran güləşçi Luka Kurtanidze saxlanılıb.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi olaraq təsdiqləyib.

Nazirliyin yaydığı məlumata görə, Luka Kurtanidze ailə zorakılığı və ona qarşı tətbiq edilmiş müdafiə orderinin tələblərini pozmaqda ittiham olunur. O, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima (ailə zorakılığı) və 381-ci prima (məhkəmə qərarlarının icrasından boyun qaçırma) maddələri ilə ittiham edilərək saxlanılıb.

Bu gün sosial şəbəkələrdə yayılan videoda Luka Kurtanidzenin keçmiş həyat yoldaşı Xatuna Makatadzeyə qarşı fiziki zorakılıq hərəkətləri etdiyi əks olunub. Məhz bu görüntülər onun saxlanılmasına səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada