Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə inzibati qayda pozuntusunda təqsirli bilinən “Əfi”yə 13 gün həbs cəzası verilib.