Dumanlı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Dumanlı hava şəraiti müşahidə olunur -  FAKTİKİ HAVA
17 Apr 2024 10:43

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Youtube kanalımız

Oxşar xəbərlər