Tramp Putinin İstanbula gəlməməsinin əsas səbəbini açıqlayıb

Tramp Putinin İstanbula gəlməməsinin əsas səbəbini açıqlayıb
11:58

Ağ Ev rəhbəri Donald Tramp özünü Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbul danışıqlarında iştirakdan imtina etməsinin əsas səbəbi adlandırıb.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp bunu Dohada Qətərin biznes dairələri ilə danışıqlar zamanı bildirib.

"Əgər mən orada yoxamsa, o niyə getsin? Mən lap əvvəldən Putinin mənim iştirakım olmadan danışıqlarda iştirak edəcəyinə şübhə edirdim", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, əgər lazım gələrsə, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gəlməyə hazırdır.


Sizin reklam burada
Sizin reklam burada