Hindistanda nadir amöb infeksiyasından 19 nəfər vəfat edib

Hindistanda nadir amöb infeksiyasından 19 nəfər vəfat edib
21:00

Hindistanın Kerala ştatında "beyin yeyən amöb"ün səbəb olduğu nadir və son dərəcə təhlükəli beyin infeksiyası olan ilkin amöb meninqoensefalit xəstəliyi (PAM) ilə bağlı 61 hal qeydə alınıb, 19 nəfər vəfat edib.

News365.az NDTV-yə istinadən bildirib ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, infeksiya əvvəllər yalnız Kojikode və Malappuramda qeydə alınsa da, indi bütün ştat ərazisində aşkarlanır ki, bu da epidemioloji tədqiqatı çətinləşdirir.

İnfeksiyanın qurbanları olan vətəndaşlar 3 ay-91 yaş aralığında olublar.


Sizin reklam burada
Sizin reklam burada