Dövlət Neft Fondu qızıl ehtiyatlarını artırır - Bu doğru seçimdirmi?

Dövlət Neft Fondu qızıl ehtiyatlarını artırır - Bu doğru seçimdirmi?
18 Fev 2025 09:19

Dövlət Neft Fondu (ARDNF) bu il investisiya portfelində qızılın payını 25%-ə çatdıracağını bildirib. Qızıla yatırımlar qısa müddətli dövrdə müəyyən risklər daşısa da, uzunmüddətli perspektivdə etibarlı və effektiv aktiv olaraq qalır. Tarixi təcrübə göstərir ki, uzunmüddətli dövrlər üçün qızıl dəyərini qoruyub və iqtisadi dalğalanmalar fonunda sabitlik təmin etməklə yanaşı, sahiblərinə əhəmiyyətli gəlir gətirir. Yəni, bu investisiya aləti bütün dövrlərin və bütün maliyyə bazarlarının ən etibarlı alətidir. Bu kontekstdə ARDNF-nin qızıl ilə bağlı strategiyasını məntiqli və doğru hesab edirəm”.

Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, investisiya portfelinin strukturunu təhlil edərək risk və gəlirlilik nisbətinin optimallaşdırılması məqsədilə bəzi dəyişikliklərin aparılmalı olduğunu da düşünür:

“Bu dəyişikliklər təkcə aktivlərin diversifikasiyasının gücləndirilməsi ilə məhdudlaşmamalı, hazırkı dünya düzəninin perspektivinə uyğun daha dərin fundamental və ESG analiz prinsiplərinə əsaslanmalıdır.

Bəli, daha dərin fundamental və ESG analiz apara bilənlər Trampın iqtisadi-siyasi manevrlərinin nəticəsində öz kapitallarını ciddi həcmdə artıra biləcəklər. Bunu bacarmayan fondlar isə itkilərə məruz qalacaq”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada