"Dostumun sevgilisi ilə birlikdə olaram" dedi, aləmi bir-birinə qatdı - FOTO/VİDEO

"Dostumun sevgilisi ilə birlikdə olaram" dedi, aləmi bir-birinə qatdı - FOTO/VİDEO
01 Dek 2023 08:51

"FOX TV"də yayımlanan "Kirli Sepeti" serialının baş rolu Melisa Döngelin dostunun sevgilisi haqqında açıqlamaları qalmaqala səbəb olub.

4 ay əvvəl verilişlərindən birində Melisa Döngel dostunun sevgilisi haqqlnda açıqlamalar verib. Aktrisa münasibətlərdən danışarkən " Dostumun sevgilisi ilə münasibət olmayıb. Amma heç bir şeydən əmin danışmağı sevmirəm. Dostumun sevgilisini bəyənərəm, xoşum gələr, və "əsla" etmərəm demərəm. Ehtiyatlı davranmağa çalışaram. Sadəcə diqqətli olaram. Amma xoşumuz gəlibsə nə edək? Keçmiş olsun".

Aylar sonra sözləri gündəm olan aktrisanın videosu sosial şəbəkədə qısa zamanda minlərlə insan tərəfindən paylaşılıb. Linç edilən aktrisa üçün "Belə halları normallaşdırmayın, biabırçılıq", "Sənin kimilər cəmiyyətin əxlaqını pozur", "O iyrəncliyi sən yaşatmadan, yaşayasan" kimi fikirlər səsləndirib.


Sizin reklam burada
Sizin reklam burada