Məşhur "Nu poqodi!" yeni, tammetrajlı film kimi ekranlara qayıdır

Məşhur "Nu poqodi!" yeni, tammetrajlı film kimi ekranlara qayıdır
10:10

Rusiya məşhur sovet cizgi seriyası olan "Nu poqodi!"(Bir dayan!) əsasında yeni tammetrajlı filmin hazırlanmasına başlayacaq. Yerli medianın yaydığı məlumata görə, bununla bağlı tərəfdaşlıq müqaviləsini "PMEF-2025" çərçivəsində "Soyuzmultfilm" studiyasının direktoru Yuliana Slaşçeva və NTV-nin baş prodüseri Timur Vaynşteyn imzalayıb.


Vaynşteyn qeyd edib ki, "Bir dayan!" sadəcə cizgi filmi deyil, Rusiya Federasiyasının əsl mədəni irsi sayılır. O, onun əsasında çəkilmiş tammetrajlı filmin tanış personajların yeni həyat tapacağı cizgi filmi aləminin bir hissəsi olacağına inanır.

Slaşeva isə həmçinin xatırladıb ki, bu cizgi serialı rusiyalı tamaşaçıların ən çox sevdiyi seriallardan biridir. Onun sözlərinə görə, cizgi filminə dəfələrlə baxmaq olar və hər dəfə sevimli personajları görəndə sevinc hissi keçirirsən.

Tural


Sizin reklam burada
Sizin reklam burada