"Azərbaycan və Türkiyə dünyaya strateji birlik və qardaşlıq modeli təqdim edir" - Tural İsmayılovun şərhi

"Azərbaycan və Türkiyə dünyaya strateji birlik və qardaşlıq modeli təqdim edir" - Tural İsmayılovun şərhi
14:55

Prezident İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunəsidir. Bu səfər çərçivəsində hər iki ölkə dünyaya strateji birlik və qardaşlığın mühüm modelini təqdim edib.

Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün bir çox dövlətlər üçün nümunəvi xarakter daşıyır. Onun sözlərinə görə, bir-biri ilə normal siyasi münasibət qura bilməyən ölkələr üçün Azərbaycan-Türkiyə modeli əsl örnəkdir.

Politoloq qeyd edib ki, Kahramanmaraşda zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan məhəlləsinin azad olunması və bərpası prosesində Prezident İlham Əliyevin birbaşa iştirakı, həmçinin infrastrukturun yenidən qurulmasında Azərbaycan tərəfinin aktiv fəaliyyəti bu qardaşlığın və strateji birliyin nə qədər dərin və möhtəşəm olduğunu bir daha sübut edir.

Tural İsmayılovun fikrincə, Azərbaycan və Türkiyə qlobal siyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə dünyaya ümidverici, işıqlı və müsbət mənzərə təqdim edir:
"Strateji birlik yalnız uğurlu və xoşbəxt anlarda deyil, problemlər zamanı da ən yüksək səviyyədə qardaşlığın nümayiş etdirilə biləcəyini göstərir."


Sizin reklam burada
Sizin reklam burada