İran Hayfaya zərbə endirib

İran Hayfaya zərbə endirib
20 İyn 2025 20:30

İran ordusu Hayfaya yeni zərbələr endirib, əsas limanın yaxınlığındakı binaya (İsrail Hərbi Dəniz Qüvvələrinin bazası yerləşir) ziyan dəyib.

News365.az xəbər verir ki, bu barədə şəhər merinin müavini Sarit Qolan-Şteynberq mediaya açıqlamasında deyib.

“İran raketinin əsas limanın yaxınlığına düşməsi nəticəsində binalar zədələnib”, - deyə o bildirib.

Mer müavininin sözlərinə görə, dəyən zərərin həcmi araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada