Putin: Biz İranı dəstəkləyirik

Putin: Biz İranı dəstəkləyirik
20 İyn 2025 21:45

Moskva bütün öhdəliklərini yerinə yetirir və Tehranı öz qanuni maraqları, o cümlədən dinc nüvə sektoru uğrunda mübarizədə dəstəkləyir.

News365.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

"Biz İranla müəyyən dostluq münasibətlərini inkişaf etdirmişik. Birincisi, bu baxımdan həmişə bütün öhdəliklərimizi yerinə yetiririk. İranı qanuni maraqları uğrunda mübarizədə, o cümlədən dinc nüvə sektorunda maraqları uğrunda mübarizədə dəstəkləyirik. Və biz həmişə bu mövqeyi tutmuşuq. Bu işdə və bu münaqişədə fundamental mövqeyimiz dəyişməyib", - prezident bildirib.


Sizin reklam burada
Sizin reklam burada