Donald Tramp Türkiyəyə səfər ehtimalını təkzib etmədi

Donald Tramp Türkiyəyə səfər ehtimalını təkzib etmədi
10:26

Cümə axşamı Türkiyədə keçiriləcək görüşü qeyri-ciddiyə almayın, İstanbula gələ bilərəm, prezident Ərdoğan böyük bir toplantıya ev sahibliyi edəcək. 

News365.az  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Türkiyədə baş tutacaq Rusiya-Ukrayna danışıqlarını şərh edərkən deyib. 

O əlavə edib ki, cümə günü Rusiya ilə Ukrayna arasında keçiriləcək görüş çox əhəmiyyətlidir.   

Türkiyə-ABŞ münasibətlərinə toxunan Tramp onu da deyib ki, Ərdoğanla çox yaxşı işləyirlər:

“Prezident Ərdoğanla Suriya ilə bağlı bəzi məsələlər üzərində də işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməli olacağıq”.


Sizin reklam burada
Sizin reklam burada