Dmitriyev Kanadanı ABŞ-nin 52-ci ştatı adlandırdı

Dmitriyev Kanadanı ABŞ-nin 52-ci ştatı adlandırdı
12:44

Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Kanada və Çin arasında mümkün əməkdaşlıq barədə şərh verib.

News365.az xəbər verir ki, o bu barədə "X"də yazıb: 

"Kanada Çin ilə strateji tərəfdaşlıq elan edir. 52-ci ştat bunu edə bilərmi? (Qrenlandiya 51-ci ştat olacaq)".

Daha əvvəl Çinin Baş naziri Li Qianq və Kanadanın Baş naziri Mark Karni ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə etmişdilər. 


Sizin reklam burada
Sizin reklam burada