“Dilimizin problemi yoxdur, problem danışığımızdadır” – Əməkdar artistdən sərt iradlar

“Dilimizin problemi yoxdur, problem danışığımızdadır” – Əməkdar artistdən sərt iradlar
19:57

Əməkdar artist, ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri Azad Şükürov Azərbaycan dilinin saflığı və danışığındakı problemlərdən danışıb.

News365.az-a açıqlamasında sənətkar ana dilinin milli kimliyi müəyyən edən əsas dəyər olduğunu vurğulayıb:

“Ana dili yalnız ünsiyyət vasitəsi deyil, strateji məsələdir. Milləti millət edən amildir.”

Şükürov son illərdə dil məsələsinə dövlət səviyyəsində verilən diqqəti yüksək qiymətləndirib:

“Prezident İlham Əliyev ‘təmiz Azərbaycan dilinin qoruyucuları bizik’ deyərək hamımıza məsuliyyət qoydu.”

Sənətkar dilin özündə problem olmadığını, əsas çatışmazlığın danışıqda göründüyünü bildirib:

“Musiqili, yumşaq və zəngin bir dilimiz var. Problem danışığımızdadır. Bahalı kostyum, maşın adamın səviyyəsini göstərmir, ağzını açan kimi görünür.”

O, televiziya və efirlərdə dil normalarının pozulmasının ciddi narahatlıq yaratdığını deyib:

“Yanına-yanbuzuna diqqət verib savadsız danışan efir aparıcıları dilimizin anasını ağladır.”

Şükürovun sözlərinə görə, xüsusilə orta məktəbdə nitq mədəniyyətinin tədrisi gücləndirilməli, gənclərin öz fikirlərini ifadə etmə bacarığı genişləndirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada