Deputatlar konfet üstündə mübahisə etdilər - FOTOLAR

Deputatlar konfet üstündə mübahisə etdilər - FOTOLAR
19 Fev 2025 15:58

Rusiyanın Rostov vilayətində LDPR və KPRF partiyalarından olan deputatlar uşaqlar üçün nəzərdə tutulan konfet üstündə mübahisə ediblər.

Bu barədə Don Mash Telegram kanalı məlumat yayıb.


Jurnalistlərin sözlərinə görə, LDPR deputatları uşaqlara kommunistlərin aldığı şirniyyatlar veriblər. Hətta liberal demokratlar uşaqlara verdiyi bağlamalarda “KPRF” stikerlərini qoparmayıblar.


"Məlum olub ki, Yeni il öncəsi yerli xeyriyyə fondu Rusiya Federasiyası Kommunist Partiyasından konfetlə birlikdə 500 hədiyyə almağı xahiş edib. Deputatlar bu xahişi yerinə yetiriblər. Maraqlıdır ki, LDPR-nin Rostov bölməsinin koordinatoru Olqa Bunyaeva uşaqların yanına eyni hədiyyələrlə gəlib. Sonra partiyanın Teleqram kanalında fotoşəkillərlə xüsusi reportaj dərc olunub və şəkillərdən birində şirniyyat qutusunun üzərində kommunistlərin stikerinin olması görünüb", - nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada