Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin - FOTOSU

Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin - FOTOSU
11:52

Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

News365.az-ın məlumatına görə, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov “Azərsun” şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır.

Qəzada Elçinlə birgə “Mercedes” markalı avtomobildə olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olmuş Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar.

Hadisə nəticəsində “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə ağır xəsarətlər alıb. O, “Aqroservis” ASC-nin Füzuli rayon şöbəsində çalışır.

B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada