Daha bir ölkə Fələstini TANIDI

Daha bir ölkə Fələstini TANIDI
02 Sen 2025 10:31

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Filistin dövlətini tanıyacaq ölkələrin sayı artır. Belçika hökuməti 9 sentyabrda başlayacaq 80-ci Baş Assambleya sessiyasında Filistini rəsmi olaraq tanıyacağını bəyan edib.

News365.az xəbər verir ki, bu  barədə açıqlamanı Belçika xarici işlər naziri Maksim Prevo verib. Onun sözlərinə görə, ölkə yalnız Filistini tanımaqla kifayətlənməyəcək, həm də İsrailə qarşı yeni sanksiyaların gündəmə gətirilməsi üçün təşəbbüs göstərəcək. Prevo həm İsrail hökumətini, həm də HƏMAS-ı atəşkəsə məcbur etmək üçün tədbirlər görüləcəyini bildirib.

Nazir əlavə edib ki, Nyu-Yorkda keçiriləcək Baş Assambleya çərçivəsində iki dövlətli həll yolunu dəstəkləyən ölkələrlə birgə ortaq bəyanat imzalanacaq.

Tanıyan ölkələrin sayı artır

Fransa və Avstraliya artıq Filistini tanıma qərarı verib. Kanada da yaxın günlərdə bu addımı atacağını elan edib. İngiltərə isə İsrailin Qəzzədə humanitar vəziyyəti yaxşılaşdırmaması halında Filistini tanıyacağını bildirib.

ABŞ-dan sərt reaksiya

Beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğuran bu qərarlara ABŞ rəhbərliyindən də sərt reaksiya gəlib. Prezident Donald Tramp Filistini tanıyan ölkələrin qərarını sülh prosesinə zərbə kimi qiymətləndirib.

BMT Baş Assambleyasının 80-ci sessiyası 9 sentyabrda Nyu-Yorkda işə başlayacaq. Gündəliyin ən mühüm məsələlərindən biri Filistinin dövlət kimi tanınması olacaq.


Sizin reklam burada
Sizin reklam burada