Daha bir məşhur muzdlu döyüşçü öldürüldü

Daha bir məşhur muzdlu döyüşçü öldürüldü
09:05

Ukraynada daha bir məşhur muzdlu döyüşçü öldürülüb. Bu barədə ABC nəşri məlumat yayıb. Sayt mənbələrinə istinad edərək yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Avstraliya vətəndaşı Kaleb List öldürülüb. Onun Xarkov vilayətində həlak olması ehtimal edilir.

Jurnalistlərin məlumatına görə, List hərbi əməliyyatlarda iştirak etməzdən əvvəl bir neçə dəfə Avstraliya ordusuna yazılmağa cəhd etsə də, imtina cavabı alıb. Vətənində fəhlə işləmiş muzdlu 2022-ci ildə Ukraynaya gedib. Onun aprelin sonunda İzyum ərazisində öldürülməsi güman edilir. Lakin mənbənin sözlərinə görə, hələlik dəqiq təsdiq tapılmayıb.

Avstraliya Xarici İşlər Nazirliyi Listin mümkün ölümü ilə bağlı məlumatı rəsmən təsdiqləməyib. Qurum Ukraynadakı münaqişə zonasına səfərlərin son dərəcə təhlükəli olduğunu xatırladıb. 2022-ci ilin əvvəlindən Avstraliya hökuməti vətəndaşlara həm Ukraynaya, həm də Rusiyaya səyahət etməkdən çəkinməyi şiddətlə tövsiyə edir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada