Dağda gəzən turistlər qədim xəzinə aşkarladılar - FOTO

Dağda gəzən turistlər qədim xəzinə aşkarladılar - FOTO
16:35

Çexiyada dəyəri 332 min dollardan çox olan qədim qızıl və zinət əşyalarından ibarət xəzinə tapılıb. Bu barədə "Daily Mail" məlumat yayıb. 


Qeyd edilib ki, ölkənin şimal-şərqindəki Podkrkonose dağlarında turistlər təsadüfən əsl tarixi xəzinəyə rast gəliblər: "Xəzinəni meşəlikdən ibarət bir yamacda qısa yolla gedən iki təbiətsevər tapıb. Onlar torpaqdan dəmir yeşik tapandan sonra onun içərisində çoxlu sayda qızıl sikkələr, zinət əşyaları və nadir antikvarların olmasını aşkarlayıblar".

Şərqi Çexiya Muzeyinin arxeologiya şöbəsinin müdiri Miroslav Novak deyir: “Kişi yeşiyi açanda mənim çənəm el dili ilə desək sadəcə yerə düşdü. Bu, heyrətamiz bir tapıntı idi”.

Yeşikdə səliqə ilə yığılmış və qara parça ilə bükülmüş 598 qızıl sikkə olub. Metal qabda 16 tütün qutusu, 10 bilərzik, daraq, zəncir və ənlik qutusu da olub: "Onların hamısı sarı metaldan ibarət idi deyə ehtimal edirdik ki, qızıldan hazırlanmışdılar".

İddia olunur ki, xəzinə nasistlər tərəfindən gizlədilibmiş.

Muzey mütəxəssisləri xəzinənin mənşəyini müəyyən etmək üçün çalışırlar. Versiyalardan birinə görə, o, 1938-ci ildə faşist Almaniyası Çexoslovakiyanın bir hissəsini ilhaq etməzdən əvvəl bölgə sakinləri tərəfindən gizlədilib. Başqa bir nəzəriyyəyə görə, onlar İkinci Dünya Müharibəsindən sonra ölkədən qovulmuş almanların gizlətdiyi xəzinədir.

Tural


Sizin reklam burada
Sizin reklam burada