Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO

Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO
17:11

Çində "Matmo" tayfunu nəticəsində Haynan adasının Vençan şəhərində küçələri su basıb.

 "Xinhua" agentliyi xəbər verir ki, evlərin və mağazaların birinci mərtəbələri yarım metrədək suyun altında qalıb.

Bəzi rayonlarda elektrik enerjisi və su təchizatında fasilələr yaranıb, məktəblərdə dərslər, hava əlaqəsi və ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerində xilasedicilər işləyirlər.

Çinin Milli Rəsədxanası tayfun səbəbindən qırmızı (ən yüksək) təhlükə səviyyəsini elan edib.
Xatırladaq ki, tayfun səbəbindən təqribən 144 min nəfər təxliyə olunub.


Sizin reklam burada
Sizin reklam burada