Komitə sədri narahatlıq doğuran məsələni açıqladı

Komitə sədri narahatlıq doğuran məsələni açıqladı
16:07

“Növbəti ildə daha 8 dövlət proqramı İcbari Tibbi Sığorta hesabına həyata keçiriləcəkdir. Bu proqramlar tibb sahəsinin kifayət qədər ağır və yüksək maliyyət tələb edən istiqamətlərinə aid edilir. Həmin proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz və digər 4 klinik sahəni əhatə edəcəkdir. Bununla da İcbari Tibbi Sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramı qalır ki, onlardan biri onkologiyadır. Bu proqramların da İcbari Tibbi Sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur”.

News365.az xəbər verir ki, bunu deputat Səhiyyə komitəisinin sədri Əhliman Əmriaslanov bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, insanları narahat edən əsas məsələlərdən biri də ilkin tibbi xidmət səviyyəsinin aşağı olmasıdır. 

“Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdəki tibb məntəqələrinin böyük bir hissəsi istifadəyə yararsız vəziyyətdədir. Ciddi kadr çatışmazlığı vardır. İlkin tibbi xidmətin ölkəmizdəki vəziyyəti ilə bağlı Milli Məclisdə Səhiyyə Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in iştirakı ilə geniş dinləmə keçirilmişdir. Pilot rayon da müəyyən edilmişdir. Problemin həlli istiqamətində ilkin addımlar atılmağa başlanılmış, lakin bu sahədə görülən işlərin sürətləndirilməsinə ciddi ehtiyac vardır”.


Sizin reklam burada
Sizin reklam burada