Litvadan Rusiyaya sərt etiraz

Litvadan Rusiyaya sərt etiraz
15:17

Litva hökuməti Rusiyaya növbəti etiraz notasını təqdim edib. Vilnüs bu dəfə Moskvanın noyabrın 14-də Kiyevdəki Azərbaycan səfirliyinin binasına ziyan vurması faktını xüsusi olaraq gündəmə gətirib.

News365.az-ın LRT-yə istinadən yaydığı məlumata görə, Litvanın Xarici İşlər Nazirliyi hadisəni Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Bununla yanaşı, Litva Ukraynaya qarşı son raket və dron hücumlarını da sərt tənqid edib. Rəsmi açıqlamada bildirilib ki, Kiyev və ətrafı, eləcə də Xarkov, Odessa, Sumı və digər şəhərlərə edilən hücumlar nəticəsində ondan çox mülki şəxs həyatını itirib, çoxsaylı insanlar yaralanıb. Yaşayış binaları, xəstəxanalar və enerji infrastrukturu ciddi ziyan görüb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada