İclasda Baş nazirdən bunu istədi

İclasda Baş nazirdən bunu istədi
17:26

“2026-cı ildə də Gəncə şəhəri və regionlarımızın diqqət mərkəzində saxlanılacağına əminik. Gəncədə yeni iş yerlərinin açılması üçün sahibkarlara əlavə imkanların yaradılmasının vacibliyini vurğulayır və dəstək göstərilməsini Baş nazirdən xahiş edirəm”.

News365.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Eyni zamanda regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün də xüsusi tədbirlərin həyata keçirilməsi vacibdir. Bəlkə də kəndlərdən şəhərlərə köçü başa düşmək olar. Amma şəhərlərdən Bakıya köç bizi düşündürməlidir. Bundan başqa, Gəncədə parklanma qaydalarına nəzarətin mümkün olmaması, müasir həllərin tətbiq edilməməsi tıxac və digər problemləri ortaya çıxardıb.

Xahiş edirəm ki, Bakı şəhərində olduğu kimi, Gəncədə də parklanma sistemləri qurulsun. Bu həm tıxac problemini həll edəcək, həmçinin vəsaitlərin dövlət büdcəsinə daxil edilməsi reallaşacaq”, - deputat əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada