"İnsanlar bu yas mərasiminə az qala sevinərək qatılıblar” - İradə İsaq yazır...

"İnsanlar bu yas mərasiminə az qala sevinərək qatılıblar” - İradə İsaq yazır...
15:43

Jurnalist İradə İsaq feysbuk səhifəsində evdəki köməkçisinin qonşusunun qəfil vəfat etməsi ilə bağlı müşahidələrini paylaşıb.

News365.az xəbər verir ki, o yazır ki, mərhum qadının yaxın qohumları, bacıları, bacılarının ərləri, qonşuları və digər tanışları bir-bir zəng edərək yas mərasiminin təfərrüatlarını öyrəniblər. Hər biri ən az 10 dəqiqə telefon danışığı edib və hadisənin səbəblərini soruşub.

İradə İsaq bildirir ki, insanlar bu yas mərasiminə az qala sevinərək qatılıblar, evdən çıxmaq və bir yerə toplaşmaq fürsəti olaraq qiymətləndiriblər. Jurnalist həmçinin düşüncələrini bölüşərək sual edir: “Biz dünyaya görəsən neçə dəfə gəlməliyik ki, müasir insan olaq? İnsanlarımızın həyatı bu qədərmi rəngsizdir?”

News365.az


Sizin reklam burada
Sizin reklam burada