Çin prezidenti Si Cinpin Fələstin xalqına olan dəstəyini bir daha ifadə edib və onların hüquqlarının bərpası üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
News365.az xəbər verir ki, Çin lideri BMT-nin Beynəlxalq Günü münasibətilə keçirilən iclasda çıxışı zamanı bildirib ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Fələstin xalqının qanuni milli hüquqlarının bərpası istiqamətində ədalətli mövqe sərgiləyir və bu istiqamətdə fəal fəaliyyətini davam etdirəcək.
Si Cinpin qeyd edib ki, Fələstin məsələsi yalnız regional konflikt deyil, qlobal idarəetmə sisteminin sınağıdır. O, beynəlxalq ictimaiyyəti problemin köklü səbəblərini həll etməyə, məsuliyyət göstərməyə və tarixi ədalətsizliklərin aradan qaldırılması üçün konkret addımlar atmağa çağırıb.
Prezident əlavə edib ki, Çin bu məsələ ilə bağlı beynəlxalq əməkdaşlığı gücləndirəcək və Fələstin probleminin ədalətli, hərtərəfli və uzunmüddətli həllinə nail olmaq üçün səylərini davam etdirəcək.
News365.az