Yüksək səslə musiqi dinləyən sürücülərin NƏZƏRİNƏ! - Nə qədər cərimələnə bilərlər?

Yüksək səslə musiqi dinləyən sürücülərin NƏZƏRİNƏ! - Nə qədər cərimələnə bilərlər?
11:04

Son zamanlar avtomobil sürücüləri paytaxtın müxtəlif yerlərində – tıxac zamanı, xəstəxanaların qarşısından keçərkən belə yüksək səslə musiqiyə qulaq asaraq nəqliyyat vasitələrini idarə edirlər. Bu isə küçədən keçən yaşlıların narahatlığına, uşaqların isə anidən gələn səsdən qorxmasına səbəb olur. Bəzi sürücülər hətta gecə saatlarında da vətəndaşların yuxuda olduğunu nəzərə almadan musiqiyə yüksək səslə qulaq asırlar.

Bəs bu cür hallarla ictimaiyyətin rahatlığını qəsdən pozan sürücüləri Azərbaycan qanunvericiliyində hər hansı cəza gözləyirmi?

News365.az xəbər verir ki, bu barədə “Patrul.az” məsələni hüquqi baxımdan aydınlaşdırmaq üçün hüquqşünas Mehman Muradlıya müraciət edib.

Onun sözlərinə görə, bu cür hallar “xuliqanlıq” kimi qiymətləndirilə bilər və aidiyyəti üzrə müvafiq cəza tədbiri tətbiq olunur:

“Bu, cəmiyyətə açıq hörmətsizlikdir. Bu cür qayda pozuntusu faktiki olaraq xuliqanlıq hesab edilir. Xuliqanlıq isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 50 manat məbləğində cərimə və ya 15 sutkayadək inzibati həbs ilə cəzalandırılır”.


Sizin reklam burada
Sizin reklam burada