Bakının Sabunçu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Ramil Qafar oğlu Tağıyevin idarə etdiyi motosikletlə BYD markalı avtomobil toqquşub.
Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.