Çimərliklərdə monitorinqlərə BAŞLANILDI – RƏSMİ

Çimərliklərdə monitorinqlərə BAŞLANILDI – RƏSMİ
04 İyn 2025 13:17

Artıq iyun ayının üçüncü günüdür. Havaların da son günlərdə isti keçməsi dəniz, çimərlik məsələsini gündəmə gətirib. İsti yay günlərində sərinləmək üçün özünü Xəzərin qoynuna atanları dəniz mövsümünün nə zaman başlayacağı maraqlandırır.

Bəs mövsüm nə zaman start götürəcək və bu sahədə hazırlıqlar nə yerdədir?

Bu barədə news365.az Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirlib ki, çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə start verilib.

Qeyd edilib ki, çimərlik mövsümü iyunun 15-də başlayacaq və yoxlamalar başa çatdıqdan sonra, nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada