Çexiya prezidenti Trampı Avropaya münasibətə görə tənqid edib

Çexiya prezidenti Trampı Avropaya münasibətə görə tənqid edib
12 İyn 2025 10:25

Çexiya prezidenti Petr Pavel ABŞ lideri Donald Trampın Avropa və Rusiya ilə bağlı mövqeyini tənqid edib. O, qitənin təhlükəsizliyini təmin etmək və Moskvanı cilovlamaq üçün Avropa İttifaqına daha çox vaxt ayrılmasını istəyib. Onun sözlərini Bloomberg sitat gətirib.


Pavel etiraf edib ki, Avropa ölkələri ABŞ-nin köməyi olmadan Ukraynada uzunmüddətli sülhü təmin edə bilməyəcək və Tramp müdafiə xərclərinin artırılmasını tələb etməkdə haqlıdır. Bununla belə, onun sözlərinə görə, Vaşinqtonun verdiyi bəzi təhlükəsizlik zəmanətlərini əvəz etmək üçün illər lazım olacaq.

O, həmçinin Trampın Rusiyaya qarşı daha sərt mövqe tutmaq istəməməsi və onu açıq şəkildə “təcavüzkar” kimi qələmə verməsindən məyus olub.

Çexiya prezidenti bildirib ki, Avropaya sanksiyalar, diplomatik təcrid və hərbi çəkindirmə yolu ilə Kremlə təzyiq göstərməkdə ABŞ-ın qəti dəstəyi lazımdır.

Tural


Sizin reklam burada
Sizin reklam burada