Çexiya Baş Qərargahı Ukraynaya hərbçilər göndərmək istəyir

Çexiya Baş Qərargahı Ukraynaya hərbçilər göndərmək istəyir
14:30

Çexiya Baş Qərargahı Ukraynaya hərbi müşavirlərin göndərilməsi variantlarını nəzərdən keçirir. Bu barədə xarici KİV Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rehkaya istinadən məlumat yayıb.

“Bütün bunlar daha yüksək səviyyədə, bəlkə də Şimali Atlantika İttifaq səviyyəsində və siyasi səviyyədə düşünülməli olan şeylərdir. Amma bizim üçün, ümumilikdə hərbçilər üçün bu, tamamilə normal haldır. Sadəcə olaraq, kimsə qərar qəbul edərsə, bizim bununla bağlı problemimiz olmayacaq”, - Çexiya Baş Qərargahının rəisi bildirib.

Rehkanın sözlərinə görə, Çexiya ordusu indiyə kimi daha ​​pis şəraitdə və daha təhlükəli şəraitdə fəaliyyət göstərib. Müasir respublikanın mövcud olduğu dövrdə Çexiya ordusu Balkanlarda sülhməramlı əməliyyatlarda, eləcə də İraq və Əfqanıstandakı əməliyyatlarda iştirak edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada