Qanaxmanı 1 saniyədə dayandıran “toz- sprey” hazırlanıb

Qanaxmanı 1 saniyədə dayandıran “toz- sprey” hazırlanıb
22:00

Cənubi Koreyalı alimlər ağır və həyati təhlükə yaradan yaralanmalar zamanı qanaxmanı bir neçə saniyə ərzində dayandıra bilən xüsusi “toz-spreyi” hazırlayıblar. 

News365.az xəbər verir ki, yeni vasitə yaraya tətbiq olunan kimi qanla reaksiyaya girir və təxminən 1 saniyə ərzində qanaxmanı tam kəsir, əlavə təzyiq göstərilməsinə ehtiyac qalmır.


Mütəxəssislər bildirir ki, ağır travmalarda ilk 10 dəqiqə kritik hesab olunur və bu toz-spreylə ilkin müdaxilə edildikdə yaralının sağ qalma ehtimalı üç dəfə artır. İndiyədək mövcud olan vasitələr ciddi damar zədələnmələrinin qarşısını bu qədər effektiv ala bilmirdi.


Qeyd olunur ki, sözügedən toz-sprey əsasən ağır yol qəzaları, fövqəladə hallar və müharibə şəraiti üçün nəzərdə tutulub.



Sizin reklam burada
Sizin reklam burada