Cənubi Kareya şimal qonşusundan gələn təhlükələr fonunda müdafiə imkanlarını gücləndirmək üçün sualtı qayıqları aşkarlayıb məhv edə bilən 24 ədəd “Romeo Seahawk” dəniz helikopteri almağa hazırlaşır. Layihənin ümumi dəyərinin 3 milyard dollar olduğu bildirilir.
News365.az-ın məlumatına görə, müqavilə helikopterlərin satışı ilə yanaşı, onların texniki xidməti və dəstəyini də əhatə edir. Bundan əlavə, təxminən 1,2 milyard dollar dəyərində ayrıca proqram çərçivəsində ölkənin istifadəsində olan “Apache” hücum helikopterləri modernləşdiriləcək.
ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlamada bildirilib ki, bu addımlar Cənubi Koreyanın mövcud və gələcək təhlükələrə qarşı müdafiə qabiliyyətini artıracaq, həmçinin ölkənin çəkindirici hərbi gücünü daha da möhkəmləndirəcək.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ilə Cənubi Koreya Prezidenti Li Çje Myon Donald Tramp arasında keçirilən görüşdə Seulun 2030-cu ilə qədər ABŞ-dən 25 milyard dollar dəyərində hərbi texnika alacağı açıqlanmışdı. Bununla yanaşı, Koreya yarımadasında yerləşən Amerika qüvvələrinə əlavə maliyyə dəstəyi ayrılması barədə də razılıq əldə olunmuşdu.
News365.az