Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO

Cəlilabadda yük maşını yandı - Sürücü xəsarət aldı - FOTO
15 İyn 2025 14:50

Cəlilabadda küləş bağlaması daşıyan yük maşını yanıb. Hadisə Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində baş verib.

Rəfət Yaqubovun idarə etdiyi QAZ-053 markalı yük avtomobili örüş sahəsindən küləş bağlamaları daşıdığı zaman, yük yerində olan ot bağlamaları yolda elektrik xətlərinə toxunub. Nəticədə yanğın başlayıb və alov qısa müddətdə həm avtomobili, həm də üzərindəki yükü tam əhatə edib.

Yanğın zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal tibbi yardım üçün xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti tibb müəssisəsində nəzarət altındadır.

Hadisənin səbəbləri ilə bağlı araşdırma davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada