“Slava Ukraina!”- “Yaşasın Azərbaycan!”

“Slava Ukraina!”- “Yaşasın Azərbaycan!”
31 İyl 2025 09:22

Ukrayna xalqı artıq dost və qardaş Azərbaycanın qazı ilə çaylarını dəmləyəcək, evlərini isidəcək. Bu təkcə enerji sahəsində əməkdaşlıq deyil, iki xalq arasında uzun illər formalaşmış dostluğun və strateji tərəfdaşlığın göstəricisidir.

Şahdənizdə hasil edilən qaz Bakı-Kiyev arasında strateji körpünün özülünü möhkəmləndirən, əməkdaşlığı yeni müstəviyə çıxardan geosiyasi hadisədir.

Ən əsası hər bir Ukraynalı haqqını ödəyib aldığı enerjidən gələn gəlir onlara qarşı deyil, işğaldan azad edilən Qarabağın yenidən qurulmasına sərf ediləcək.

Ümid edirəm ən qısa zamanda əsl Azərbaycan çayını, Ukraynanın təmiz bulaq suyu ilə Xarkov, Kiyevdə Azərbaycan qazında dəmləyib içmək hər birimizə qismət olacaq.

Aqil Məmmədov, ekspert


Sizin reklam burada
Sizin reklam burada