Sərhədi pozan əcnəbilər saxlanıldı

Sərhədi pozan əcnəbilər saxlanıldı
31 İyl 2025 09:10

İyulun 27-də Azərbaycan sərhədini qanunsuz şəkildə pozmağa çalışan şəxslər saxlanılıb.

News365.az bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla xəbər verir.

    Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri davam еtdirilir.


    Sizin reklam burada
    Sizin reklam burada