“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“CBC Sport” yox, “İdman TV” yayımlayacaq
21 İyl 2024 17:18

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında yayımlanmayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dəyişikliyin səbəbi açıqlanmayıb.

Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi “CBC Sport”” telekanalı ilə deyil, “İdman TV” telekanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.


Sizin reklam burada
Sizin reklam burada