Ultimate Fighting Championship (UFC) prezidenti Dana Uayt Şanxayda keçiriləcək promosyon turnirinə biletlərin satışından danışıb.
News365.az xəbər verir ki, bu barədə o, Neşvildəki turnirdən sonra keçirilən mətbuat konfransında deyib.
"Mən sizə Çindəki turnirdən danışım? Bilirdinizmi? Biz o turnirin bütün biletlərini bir dəqiqəyə satdıq. Hətta bir dəqiqədən də az müddətə. Biz əyləncəli işlər görürük", - Uayt bildirib.
Qeyd edək ki, Şanxayda UFC turniri avqustun 23-də keçiriləcək.