"Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI

"Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI
18:10

“Real” futbolçusu Vinisius Juniorla yeni müqavilə ilə bağlı aparılan danışıqları dayandırıb.

Bu barədə İspaniyanın “El Chiringuito” nəşri məlumat yayıb.

Yeni müqavilə şərtləri bir neçə ay əvvəl hazırlanıb və plan üzrə sənəd yeni mövsüm başlamazdan əvvəl imzalanmalı idi. Lakin “Real” rəhbərliyi braziliyalı vingerlə bu məsələ ilə bağlı əlaqə saxlamayıb və danışıqları davam etdirməyə tələsmir.

Məhz bu qeyri-müəyyənlik fonunda Səudiyyə Ərəbistanı klubları Vinisiusa maraq göstərməkdə davam edir. Futbolçuya 5 illik müqavilə təklif edilib və razılıq verəcəyi təqdirdə, o, bu müqavilədən 830 milyon funt sterlinq qazana bilər.

Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm “Real”ın heyətində 42 oyunda 24 qol vurub.


Sizin reklam burada
Sizin reklam burada