Mahir Emreli "Kayzerslautern" forması ilə yenidən fərqlənib

Mahir Emreli "Kayzerslautern" forması ilə yenidən fərqlənib
12 İyl 2025 20:30

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası "Kayzerslautern" növbəti yoxlama oyununda qüvvəsini sınayır.

News365.az xəbər verir ki, II Bundesliqa təmsilçisi doğma "Fritz-Walter-Stadion"un məşq meydanında İngiltərənin səviyyəcə 4-cü divizionunda (Liqa 2) çıxış edən "Notts Kaunti" ilə qarşılaşır.

İlk hissədən sonra 3:0 hesabı ilə irəlidə olan "Kayzerslautern" qolların hamısını ilk 10 dəqiqədə vurub. Komandanın üçüncü qoluna Emreli imza atıb.

"Notts Kaunti" oyunçusunun 41-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.

Qeyd edək ki, Mahir Emreli "Saar/Lüksemburq fanat yığması"na qarşı keçirilən qarşılaşmada da fərqlənmişdi.

Millinin oyunçusu fasilədən sonra əvəzlənib.


Sizin reklam burada
Sizin reklam burada