“İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər”.
News365.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bəli, belə bir fikir var. Belə bir fikir müzakirə üçün masadadır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir, lakin Bakı və İrəvan arasında hələ də kommunikasiyaların açılması ilə bağlı fikir ayrılıqları var.