Bir çox insanlar üçün yeməkdən sonra tünd çay içmək adət halını alıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər.
News365.az-ın məlumatına görə, yeməkdən dərhal sonra çay içməyin əsas fəsadları bunlardır:
Dəmirin sorulması azalır
Çayın tərkibindəki tannin maddələri qəbul etdiyimiz dəmirə bağlanaraq onun bağırsaqlar vasitəsilə sorulmasını çətinləşdirir. Xüsusilə bitki mənşəli dəmirin (qeyri-hem dəmir) mənimsənilməsi 50-60% qədər azalır.
Anemiya riski artır
Mütəmadi olaraq yeməkdən dərhal sonra çay içənlərdə zamanla dəmir çatışmazlığı yaranaraq halsızlıq, yorğunluq və diqqət dağınıqlığı ilə müşayiət olunan qan azlığı (anemiya) riski artır.
Həzm prosesi zəifləyir
Çay mədədə turşuluğun dəyişməsinə və həzm fermentlərinin fəaliyyətinin azalmasına səbəb ola bilər. Nəticədə mədədə şişkinlik və ağırlıq hissi yarana bilər.
Mütəxəssislərin tövsiyəsi: Yeməkdən sonra çay içmək istəyirsinizsə, bunu 45-60 dəqiqə gözlədikdən sonra etmək daha təhlükəsizdir. Bu müddət ərzində orqanizm qidadakı vitamin və mineralları artıq mənimsəmiş olur.
Əlavə olaraq, çayı açıq rəngdə (limonla) və ya bitki çaylarını seçmək də dəmir sorulmasına mənfi təsiri azalda bilər.
News365.az