Çardaqdan təsadüfən tapılan gitara Lennonun imiş: Dəyəri 750 min avrodur

Çardaqdan təsadüfən tapılan gitara Lennonun imiş:  Dəyəri 750 min avrodur
24 Apr 2024 16:07

Böyük Britaniyada evlərdən birinin çardağında Con Lennonun uzun müddətdir ki, itdiyi ehtimal edilən gitarası tapılıb.

News365.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, musiqi aləti 750 min avro dəyərində qiymətləndirilir.

"Alman istehsalşçısı "Framusun" on iki simli gitarasını "Help!" albomu üçün studiya seanslarında, eləcə də 1965-ci ildə "Bitlz"in eyni adlı filmində bir neçə kadrda görmək olar. İndi o, may ayının sonunda Nyu-Yorkdakı "Julien's Auctions"da "çəkic altına düşməlidir". Yəni hərraca çıxarılacaq", - nəşr yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər