Bir neçə gün əvvəl "National Prime Hospital”dakı əməliyyat zamanı "TikTok”da canlı yayım edən cərraha xəbərdarlıq olunub.
Ölkə.az xəbər verir ki, bu barədə "Unikal”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cərrah Ruslan Ağayev nazirliyə dəvət olunub:
"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – "Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.