Bu xanım Bakıda iki tanınmış məktəbə rəhbərlik edir – FOTO

Bu xanım Bakıda iki tanınmış məktəbə rəhbərlik edir – FOTO
13:19

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib.

News365.az xəbər verir ki, Əliyeva Yasəmən Kamil qızı 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib.


20 nömrəli məktəb-liseyin direktor əvəzi Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.


O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edir.


Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub.


Sizin reklam burada
Sizin reklam burada